Bank Of Baku

Azərbaycan Portuqaliya və Misirə ixracı kəskin artırıb

Azərbaycan Portuqaliya və Misirə ixracı kəskin artırıb
# 23 iyun 2011 12:00 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın ən böyük xarici ticarət tərəfdaşları İtaliya və Rusiya olub. Dövlət Gömrük Komitəsindən (DGK) «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə Azərbaycandan ən çox mal ixracı İtaliyaya olub. Bu dövrdə Azərbaycanda İtaliyaya 3 823,5 mln. ABŞ dolları həcmində mal ixrac edilib ki, bu da ölkədən həyata keçirilən ümumi ixracın 36,13%-dir. Ötən ilin eyni dövrünə nisbətən İtaliyaya ixracın həcmi 44,25% artıb. İxracın həcminə görə sonrakı yerləri Fransa (ümumi ixracın 15,38%-i), ABŞ (7,47%), Rusiya (4,96%), Ukrayna (4,54%), Belarus (3,44%), Malayziya (3,04%), Hindistan (2,79%), İsrail (2,75%) və Vircin adaları (2,16%) tutub. Ötən ilə nisbətən Fransaya ixracın həcmi 2,35 dəfə, ABŞ-a 1,93 dəfə, Rusiyaya 2,15 dəfə, Ukraynaya 1,34 dəfə, Belarusa 135 dəfə, Hindistana 1,23 dəfə artıb. Malayziya və İsrailə ixrac isə müvafiq olaraq 17% və 63% azalıb.

Bununla yanaşı, ilk 5 ayda Azərbaycandan Çinə ixrac 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərinə 5 dəfə, Türkmənistana 11,6 dəfə azalıb, Liviyaya ixrac tamamilə dayanıb. Əvəzində bu dövrdə Misirə ixrac 4 000 dəfə artaraq 110 mln. dollar, Portuqaliyaya ixrac isə 200 dəfə artaraq 73 mln. dolları keçib.

DGK-nin məlumatlarına görə, bu ilin ilk 5 ayında Azərbaycana ən çox mal Rusiyadan idxal olunub (647,5 mln. dollar) və ya ümumi idxalın 18,55%-ni təşkil edib. İdxalın həcminə görə, sonrakı yerləri Türkiyə (ümumi idxalın 13,61%-i), ABŞ (8,56%), Almaniya (7,85%), Ukrayna (6,42%), Çin (6,39%), Fransa (4,51%), Böyük Britaniya (3,42%), Qazaxıstan (2,76%) və Koreya (2,37%) tutub. Ötən ilin eyni dövrünə nisbətən Rusiyadan idxal 1,6 dəfə, Türkiyədən 1,9 dəfə, ABŞ-dan 4,1 dəfə, Almaniyadan 1,7 dəfə, Ukraynadan 1,1 dəfə, Çindən 2%, Fransadan 3,6 dəfə, Britaniyadan 4%, Qazaxıstandan 1,1 dəfə, Koreyadan isə 1,6 dəfə artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR