Bank Of Baku

Azərbaycan Moskvada keçirilən dövlətlərarası sərgidə iştirak edir

Azərbaycan Moskvada keçirilən dövlətlərarası sərgidə iştirak edir
# 28 iyun 2011 14:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) 20 illiyinə həsr olunan dövlətlərarası sərgi başlayıb. Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, sərgidə MDB-yə üzv ölkələrdən rəsmi şəxslərlə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edir.

İyulun 3-dək davam edəcək sərgidə 40-a yaxın Azərbaycan şirkətinin 250 çeşiddən çox məhsulları nümayiş olunacaq. Azərbaycanın milli pavilyonunda sənaye, kənd təsərrüfatı, yanacaq-energetika, informasiya texnologiyaları, mədəniyyət, turizm və digər sahələrə dair stendlər təşkil edilib. Sərgi iştirakçılarına Azərbaycanın iqtisadiyyatı barədə müxtəlif çap materialları paylanacaq.

Sərgi çərçivəsində keçiriləcək «Azərbaycan Milli Günü»ndə milli musiqi, beynəlxalq müsabiqələrdə qazanılmış uğurlar nümayiş etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR