Bank Of Baku

Moskvada CEIBC və Rusiya hökumətinin nümayəndələri arasında görüşlər keçirilib

Moskvada CEIBC və Rusiya hökumətinin nümayəndələri arasında görüşlər keçirilib
# 28 iyun 2011 14:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu (CEIBC) və «Caspian Energy International Media Group»un nümayəndə heyəti Moskvada Rusiya hökumətinin bir sıra üzvü ilə görüşlər keçirib. CEIBC-dən «APA-Economics»ə verilən məlumata görə, CEIBC-in direktoru Telman Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Energetika, İqtisadi İnkişaf, Nəqliyyat, Sənaye və Ticarət, İnformasiya Texnologiyaları və Rabitə, Maliyyə nazirliklərində, həmçinin Rusiya parlamentində, Rusiya Energetika Agentliyində, Moskva hökumətində və Rusiyanın aparıcı iri dövlət və özəl şirkətlərində görüşlər keçirib.

Görüşlər zamanı CEIBC-yə üzv olan şirkətlərin Rusiyada həyata keçirilən layihələrdə iştirakı imkanları, Moskva və Rusiyanın digər regionlarında CEIBC və «Caspian Energy International Media Group»un nümayəndəliklərinin yaradılması, Rusiya və CEIBC-yə üzv olan şirkətlərin xarici ölkələrdə layihələrin birgə icrası, CEIBC və dövlət və özəl şirkətlər arasında əməkdaşlığa dair birgə koordinasiya mərkəzlərinin yaradılması kimi məsələlər müzakirə olunub.

Bundan başqa, CEIBC və «Caspian Energy International Media Group»un nümayəndə heyəti Moskvada keçirilən XI Beynəlxalq Neft və Qaz Sərgisində və IX Rusiya Neft-qaz Konqressində iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR