Bank Of Baku

Sahibkarlığa Kömək Milli Fondu Xaçmaz sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb

Sahibkarlığa Kömək Milli Fondu Xaçmaz sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb
# 29 iyun 2011 07:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Xaçmaz rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

SKMF-dan «APA-Economics»ə verilən məlumata görə, Fond tərəfindən Xaçmaz rayonu üzrə sahibkarlıq subyektlərindən intensiv bağçılıq və tingçilik təsərrüfatlarının, yeni texnologiyaların tətbiqi ilə ət kəsimi və emalı müəssisəsinin, kiçik və ya orta həcmli müasir süd emalı müəssisəsinin, həmçinin taxıl məhsullarının təmizlənməsi və saxlanılması məqsədilə müasir anbar kompleksinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-a müraciət edə bilər.

Əlaqə telefonu: (+994 12) 434-74-29
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR