Bank Of Baku

Azərbaycanda “Xərclərin azaldılması və iş prosesinin optimallaşdırılması” mövzusunda seminar keçirilib

Azərbaycanda “Xərclərin azaldılması və iş prosesinin optimallaşdırılması” mövzusunda seminar keçirilib
# 29 iyun 2011 12:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Azərbaycan Korporativ Direktorlar və Menecerlər Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən kiçik və orta sahibkarlar üçün «Xərclərin azaldılması və iş prosesinin optimallaşdırılması» mövzusunda seminar keçirilib.

IFC-nin Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, seminarın məqsədi sahibkarların xərclərinin azaldılması və onların təhlil edilməsi, risklərin idarə olunması, sahibkarların böhrandan sonrakı dövrə uyğunlaşması, iş prosesinə effektiv idarə olunması və onun optimallaşdırılmasına yönəldilib.

Seminar IFC-nin Avropa və Mərkəzi Asiyada korporativ sektorda böhranın aradan qaldırması Proqramı tərəfindən hazırlanıb. Sahibkarlar üçün IFC tərəfindən keçiriləcək növbəti seminar hüquqi məsələlər həsr olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR