Bank Of Baku

Bakıda 2 tondan artıq dondurmanın satışı dayandırılıb

Bakıda 2 tondan artıq dondurmanın satışı dayandırılıb
# 30 iyun 2011 13:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin dondurma bazarında monitorinqləri davam etdirir.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, ev 93 ünvanında «Qranit» şirkətinə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı dondurmaların laborator müayinədən keçirilmədən satıldığı, «Elegant», «Karnaval», «Bosman», «Ailəvi» dondurmalarının etiketlərində məhsulun qida və enerji dəyərinin, «Ailəvi» dondurmasının etiketində isə yağlılığın resepturada müəyyən edilmiş həddən artıq göstərildiyi, dondurma istehsalı zamanı təbii süddən istifadə edilmədiyi halda «Ailəvi» dondurmasının etiketində məhsulun tərkibində təbii südün olmasının, «Elegant», «Karnaval», «Bosman», «Ailəvi» dondurmalarının tərkibində isə resepturalarında nəzərdə tutulmayan hidrokarbonatların olmasının göstərildiyi müəyyən edilib.

Bundan başqa, yoxlama zamanı «Karnaval» plombir dondurmasının resepturasına əsasən həmin məhsulun istehsalında xammal kimi fındıq və şokoladlı qlazur, «Bosman» plombir dondurmasının istehsalında isə qara şokolad nəzərdə tutulmadığı halda, həmin dondurmaların etiketində məhsulların tərkibində həmin xammalların olduğu, «Bosman», «Ailəvi» dondurmalarının resepturasında isə məhsulun tərkibində qatılaşdırılmış südün olmasının qeyd olunduğu halda, məhsulun etiketində bu barədə məlumatların göstərilmədiyi müəyyən edilib.

Eyni zamanda, müəssisənin anbarında dondurmaların qablaşdırılmasında istifadə olunan, üzərində məhsulun qida və enerji dəyəri, eləcə də yağlılığı resepturada müəyyən edilmiş həddən artıq göstərilmiş etiket və falqa örtükləri aşkar olunub. Müəssisədə istehsal edilən hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.

Qanun pozuntuları ilə əlaqədar dondurma istehsalının, habelə yoxlama zamanı aşkar edilmiş 2 103,44 kq dondurmanın satışının dayandırılması, müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması, üzərində məhsulun qida və enerji dəyəri, eləcə də yağlılığı resepturada müəyyən edilmiş həddən artıq göstərilmiş 342,6 kq etiket və falqa örtüklərindən isə istifadənin dayandırılması barədə Dövlət Xidməti tərəfindən «Qranit» firmasına icrası məcburi göstəriş verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR