Bank Of Baku

Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər bu gündən internet vasitəsilə qeydiyyata alına bilərlər

Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər bu gündən internet vasitəsilə qeydiyyata alına bilərlər
# 01 iyul 2011 11:00 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu gündən etibarən Azərbaycanda sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin vergi orqanlarına gəlmədən İnternet Vergi İdarəsi vasitəsilə birbaşa on-line rejimində qeydiyyata alınmasına başlanılıb.

Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumatına görə, bu proses Azərbaycanda dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində tədbirlər çərçivəsində və vergi ödəyiciləri ilə vergi orqanı əməkdaşlarının birbaşa təmaslarını məhdudlaşdırılması məqsədilə həyata keçirilir.

Bildirilir ki, biznesin qeydiyyatı sahəsində aparılan radikal dəyişikliklərin davamı olaraq sahibkarların elektron qeydiyyat sisteminin tətbiqi Vergilər Nazirliyi tərəfindən əhaliyə göstərilən elektron xidmətlərin keyfiyyətcə daha yeni mərhələyə yüksəlməsinə səbəb olacaq.

Beləliklə, artıq vergi ödəyicilərinin on-line qeydiyyat sisteminin tətbiqi ilə fiziki şəxslər vergi orqanlarına gəlmədən, vaxt itkisinə yol vermədən nazirliyin İnternet Vergi İdarəsində istifadəçi kodu və şifrə-parol vasitəsi ilə uçota alınacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR