Bank Of Baku

Britaniyanın Mərkəzi Asiya Assosiasiyasının ticarət missiyası Bakıya gələcək

Britaniyanın Mərkəzi Asiya Assosiasiyasının ticarət missiyası Bakıya gələcək
# 06 iyul 2011 11:08 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin sentyabrın 18-22-də Böyük Britaniya Mərkəzi Asiya Assosiasiyasının ticarət missiyası Bakıya gələcək. «APA-Economics»in məlumatına görə, missiyaya Böyük Britaniya parlamentinin üzvü, Avropa Şurasında nümayəndə Robert Uolter başçılıq edəcək.

Missiyanın Azərbaycanı səfəri sentyabrın 21-23-də Bakıda keçiriləcək «Beynəlxalq Xəzər qaz infrastrukturu-2011» (International Gas Infrastructure World Caspian 2011) beynəlxalq konfransla üst-üstə düşəcək.

Missiyanın səfər proqramı müxtəlif sahələrdə görüşlərin keçirilməsini nəzərdə tutur. O cümlədən, neft, qaz, bank, maliyyə, tikinti, infrastruktur, İKT, turizm, kənd təsərrüfatı, daşınmaz əmlak və təhsil sahələri missiyanın diqqət mərkəzində olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR