Bank Of Baku

Azərbaycanda gələn ildən internet vasitəsilə şirkət yaratmaq mümkün olacaq

Azərbaycanda gələn ildən internet vasitəsilə şirkət yaratmaq mümkün olacaq
# 07 iyul 2011 11:35 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda hüquqi şəxslərin elektron qeydiyyatına başlamaq üçün ən mühüm şərt elektron imzanın tətbiq edilməsidir. «APA-Economics»in məlumatına görə, bunu vergilər nazirinin I müavini Natiq Əmirov bildirib.

Hazırda bununla bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində aktiv iş aparıldığını deyən N.Əmirovun sözlərinə görə, yaxın vaxtlarda elektron imzanın tətbiqinə başlanacaq: «Bundan sonra qanunvericilikdə müvafiq dəyişikliklərdən sonra 2012-ci ildə hüquqi şəxslərin ilkin qeydiyyatını elektron qaydada həyata keçirə biləcəyik».

Fiziki şəxslər isə hətta fəaliyyətlərini müvəqqəti dayandırdıqlarını da elektron formada bəyan edə bilər. N.Əmirovun sözlərinə görə, fiziki şəxsin qeydiyyatı, onun VÖİN-i ləğv edilmir: «VÖİN ona bir dəfə verilir və həyatı boyu bu, qüvvədə qalır».

Lakin nazir müavini əlavə edib ki, fiziki şəxs istəsə, öz fəaliyyətini müvəqqəti olaraq dayandırması barədə internet vasitəsilə elektron ərizə təqdim edə bilər: «Bu ərizələr sistem tərəfindən qeydiyyata alınaraq icra edilir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR