Bank Of Baku

Çin korrupsiya səbəbindən infrastruktur layihələrinə investisiyaları azaldır

Çin korrupsiya səbəbindən infrastruktur layihələrinə investisiyaları azaldır
# 07 iyul 2011 12:09 (UTC +04:00)
Bakı - APA-Economics. Çin korrupsiya səbəbindən strateji əhəmiyyətli sahələrə və infrastruktur layihələrinə investisiya qoyuluşunu azalda bilər. “APA-Economics”in xəbərinə görə, bu barədə Çin hökumətindəki mənbələrdən bildirilib.

Məlumata görə, Çin hökuməti hazırda əvvəllər sənayenin 7 sahəsinə (o cümlədən yüksək sürətli dəmir yolunun tikintisi və külək enerjisi ilə bağlı layihələrə) 1,5 mlrd. dollar investisiya qoyuluşunu nəzərdə tutan 3 illik proqrama yenidən baxır.

Yüksək sürətli dəmir yolunun tikintisinə xərclərin azaldılması bu ilin mart ayında dəmir yolu nəqliyyatı nazirinin korrupsiyada ittiham edilərək istefaya göndərilməsi ilə birbaşa bağlıdır.

Qeyd edək ki, rəsmi Pekin uzun illər infrastruktur layihələrinə yeni iş yerlərinin açılması imkanı və iqtisadi fəallığın artırılmasına stimul kimi baxıb. İndi isə hökumət getdikcə artan inflyasiya problemlərindən narahat olmağa başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR