Bank Of Baku

Dünya reklam bazarının artımı üzrə proqnoz endirilib

Dünya reklam bazarının artımı üzrə proqnoz endirilib
# 08 iyul 2011 10:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dünya reklam bazarının həcmi 2011-ci ildə 506 mlrd. dollar təşkil edəcək ki, bu da ötən ilin göstəricisindən 4,8% çoxdur. “APA-Economics”in məlumatına görə, bu proqnozla dünyada ən iri media investisiya qrupu olan “GroupM” şirkəti çıxış edib.

Qeyd edək ki, şirkətin əvvəlki proqnozu 5,8% olub. Proqnozun azaldılması barədə şirkətin şərhində deyilir ki, bu, Yaponiyada baş vermiş zəlzələ və Yaxın Şərqdə olan siyasi gərginlik kimi amillərə görə edilib, çünki həmin amillər dünya reklam bazarına ciddi mənfi təsir göstərib.

Eyni zamanda 2012-ci il üçün dünya reklam bazarının həcmi 540,3 mlrd. dollar, artım isə 6,8% səviyyəsində proqnozlaşdırılır. Ekspertlər reklama xərclərin artmasını Londonda keçiriləcək Olimpiya oyunları və ABŞ-dakı prezident seçkiləri ilə əlaqələndirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR