Bank Of Baku

Azərbaycanlılar Türkiyədə şirkət quran əcnəbilərin siyahısında 4-cü sıraya yüksəlib

Azərbaycanlılar Türkiyədə şirkət quran əcnəbilərin siyahısında 4-cü sıraya yüksəlib
# 11 iyul 2011 09:35 (UTC +04:00)
Bakı – APA. Türkiyənin İstanbul şəhərində nümayəndəlik açan “Texnikabank”dan sonra daha iki Azərbaycan bankı İstanbulda nümayəndəlik açmaq üçün bu ölkənin müvafiq qurumlarına müraciət edib. APA-nın xəbərinə görə, bu barədə “Sabah” qəzeti xəbər yayıb. Müraciət edən bankların adı həllik açıqlanmır.

“Sabah” qəzeti Türkiyədə şirkət quran azərbaycanlı iş adamlarının sayının da getdikcə artdığını yazıb. Belə ki, 2010-cu ildə Türkiyədə əcnəbilərin qurduğu 2 min 479 şirkətdən 136-sı Azərbaycan iş adamları tərəfindən təsis edilib. Azərbaycanlılar Türkiyədə şirkət quran əcnəbilərin siyahısında 4-cü sıraya yüksəlib. Bu ilin ilk 5 ayının rəqəmlərinə əsasən Türkiyədə xarici ölkə vətəndaşları tərəfindən 401 şirkət yaradılıb ki, bunun da 86-sı azərbaycanlıların payına düşür.

Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı da ciddi şəkildə artıb. 2010-cu ildə Türkiyəni 436 min azərbaycanlı turist ziyarət edib. 2011-ci ildə isə bu rəqəm kəskin şəkildə artıb. Belə ki, ötən ilin yanvar-may aylarında Türkiyəyə gedən azərbaycanlı turistlərin sayı 159 min olarkən bu ilin eyni dövründə bu rəqəm 231 mini ötüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR