Bank Of Baku

Saxlama müddəti ötmüş 330 kq satışdan çıxarılıb məhv edilib

Saxlama müddəti ötmüş 330 kq satışdan çıxarılıb məhv edilib
# 14 iyul 2011 15:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlərin nəticələri açıqlanıb.

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Bakının Səbail rayonunda İçərişəhər, Böyük Qala küçəsi ilə Hərb Küçəsinin kəsişməsində Nəcibə Bağırovaya məxsus mağazada, Xəzər rayonunda Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, ev 39, mənzil 6 ünvanında Fəxriyə Hüseynovaya məxsus mağazada, Mərdəkan qəsəbəsində «Məryəm market»də və «Dalğa market»də, Pirallahı qəsəbəsində «İşıqlı market»də və Aynur Sadıqovaya məxsus mağazada, Nizami rayonunda Q.Qarayev prospekti, 25/6, mənzil 16 ünvanında Sülfəddin Əliyevə məxsus mağazada, Nəsimi rayonunda H.Seyidzadə küçəsi, ev 16B ünvanında yerləşən «Səbət market»də, 20 Yanvar küçəsi-11 ünvanında Elxan Vəliyevə məxsus mağazada, N.Yusifbəyi küçəsi, ev 70 ünvanında Qaçay Muradova məxsus mağazada, Binəqədi rayonunda Binəqədi şosesi, döngə 8 ünvanında yerləşən «Şərur market»də, Biləcəri qəsəbəsi, Yeni Yaşayış massivi, döngə 9 ünvanındakı «Samir market»də, Göygöl rayonunda məhəllə 21 ünvanında Şəmşir Zərgərova məxsus mağazada, Biləsuvar rayonunda M.F.Axundov küçəsində Əbülfət Eyvazova və İlqar Əsədova məxsus mağazalarda ümumi çəkisi 330 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunaraq satışdan çıxarılıb və məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR