Bank Of Baku

Bakıda Azərbaycanın Rəqabət Məcəlləsinə həsr olunmuş konfrans keçirilib - FOTO

Bakıda Azərbaycanın Rəqabət Məcəlləsinə həsr olunmuş konfrans keçirilib - <font color=red>FOTO</font>
# 15 iyul 2011 08:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bakıda Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) təşkilatçılığı ilə “Mütərəqqi rəqabət qanunvericiliyinin əsas prinsipləri” mövzusunda konfrans keçirilib.

APA-Economics”in məlumatına görə, konfransda çıxış edən Fondun rəhbəri Sabit Bağırov, USAID-in “Azərbaycanda Rəqabətlilik və Ticarət” layihəsinin rəhbəri Melani Şukts və Milli Məclisin deputatı Əli Məsimli ölkədə Rəqabət Məcəlləsinin dünyada qəbul olunmuş prinsipləri və Azərbaycanın xüsusiyyətlərini nəzərə alınaraq, onun vacibliyi, iqtisadiyyat üçün faydası və qiymətlərin aşağı düşməsində rolu barədə danışıblar.

Konfransda USAID tərəfindən Rəqabət Məcəlləsi üzrə təklif olunan prinsiplər təqdim olunub. Bu prinsiplər arasında aydınlıq, şəffaf və azad bazara xidmət edən rəqabət orqanının yaradılması, bazara əsaslanması, güzəştlər proqramı, hökmran təsərrüfat subyektlərini müəyyən etmə, sui-istifadə hallarına kəskin münasibət, məhkəməyə müraciət hüququ və s. prinsiplər əks olunub. Konfrans iştirakçılarının fikrincə, məcəllə bu prinsiplər əsasında qurulsa, sənəd işlək və faydalı olacaq.

Qeyd edək ki, Rəqabət Məcəlləsinin layihəsi üzrə işlər davam etdirilir və sənədin payız aylarında parlamentə təqdim edilməsi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR