Bank Of Baku

Azərbaycanda üç şirkətə dondurma istehsalı və satışının dayandırılması barədə məcburi göstəriş verilib

Azərbaycanda üç şirkətə dondurma istehsalı və satışının dayandırılması barədə məcburi göstəriş verilib
# 15 iyul 2011 10:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən «Dədə Qorqud» müstəqil kiçik müəssisəsinə, «Rah-96» və «Qranit» firmalarına dondurma istehsalı və satışının dayandırılması barədə bu təsərrüfat subyektlərinə icrası məcburi göstəriş verilib.

Nazirlikdən «APA-Economics» verilən məlumata görə, buna səbəb adı çəkilən şirkətlərə məxsus istehsalat sahələrində aparılan yoxlamalar zamanı mövcud qanunvericiliyin tələblərinə əməl edilmədən dondurma istehsal olunması, habelə bu dondurmaların fiziki-kimyəvi və mikrobioloji göstəricilərinin normativ-texniki sənədlərin tələblərinə uyğun olmamasıdır.

Bu müəssisələrdə istehsal edilmiş dondurmaların insanların, xüsusilə də uşaqların sağlamlığı üçün ciddi təhlükə mənbəyi olduğunu nəzərə alaraq, “Dədə Qorqud” Müstəqil Kiçik Müəssisəsinə, “Rah-96” və “Qranit” firmalarına dondurma istehsalı üçün verilmiş gigiyenik və uyğunluq sertifikatlarının ləğv edilməsi ilə bağlı İqtisadi İnkişaf Nazirliyi tərəfindən müvafiq orqanlar - Səhiyyə Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi qarşısında məsələ qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR