Bank Of Baku

Lənkəranda «Layihələrin idarə edilməsi» və «Bacarıqların inkişaf etdirilməsi» mövzusunda treninqlər keçirilib - FOTO

Lənkəranda «Layihələrin idarə edilməsi» və «Bacarıqların inkişaf etdirilməsi» mövzusunda treninqlər keçirilib - <font color=red>FOTO</font>
# 15 iyul 2011 13:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyində «Layihələrin idarə edilməsi» və «Bacarıqların inkişaf etdirilməsi» mövzusunda treninqlər keçirilib.

İqtisadi İnkişaf Nazirliyindən (İİN) «APA-Economics»ə verilən məlumata görə, İİN və Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə həyata keçirilmiş «Management Traning» Proqramı çərçivəsində hazırlanmış təlimçilər tərəfindən keçirilən treninqlərdə müxtəlif sahələrdə fəaliyyət göstərən 20-dən çox sahibkar və gənc menecerlər iştirak edib.

Treninqlərdə layihənin hazırlanması metodologiyası və onun həyata keçirilməsi yolları, vahid komanda formasında fəaliyyət göstərmək bacarığının formalaşdırılması və inkişaf etdirilməsi, layihənin məqsəd və vəzifələrinin müəyyən edilməsi, fəaliyyət planının və proqramının hazırlanması, layihənin büdcə planlaşdırılması barədə ətraflı məlumatlar verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR