Bank Of Baku

Xırdalanda yarım tondan artıq dondurma satışdan çıxarılıb

Xırdalanda yarım tondan artıq dondurma satışdan çıxarılıb
# 16 iyul 2011 11:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Abşeronda yarım tondan artıq dondurma satışdan çıxarılıb.

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Əliyev küçəsi, ev 227A ünvanında Müzəffər Poladova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı dondurmaların müvafiq reseptura və gigiyenik sertifikatları olmadan istehsal edildiyi, etiketlərində istehsalçı müəssisə barədə məlumatların göstərilmədiyi, habelə dondurmaların laborator müayinədən keçirilmədən satışa çıxarıldığı müəyyən olunub.

Müəssisədə istehsal edilən hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib. Qanun pozuntuları ilə əlaqədar dondurma istehsalının, habelə yoxlama zamanı aşkar edilmiş 524,34 kq dondurmanın satışının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması barədə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Müzəffər Poladova icrası məcburi göstəriş verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR