Bank Of Baku

Azərbaycanda yararsız mallar məhv edilib

Azərbaycanda yararsız mallar məhv edilib
# 18 iyul 2011 12:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Bakının Səbail rayonunda Salyan şossesi, ev 2 ünvanında Asəf Məmmədbəyova məxsus mağazada, Xəzər rayonunda Pirallahı qəsəbəsində Eyvazxan Məlikova, Gülnaz Əliyevaya məxsus mağazalarda və “Ahəs market”də, A.İldırım küçəsi, 832b saylı bağ ünvanında yerləşən “Vüsal market”də, Nərimanov rayonunda Ü.Bünyadzadə küçəsi, 17 ünvanında yerləşən “Makro market”də, Nizami rayonunda A.Manafov küçəsi, ev 1 ünvanındakı “Könül market”də, B.Nuriyev küçəsi, ev 37 B ünvanında Kəmalə Əliyevaya məxsus mağazada, Siyəzən şəhərində H.Əliyev küçəsində Nazir Allahverdiyevə məxsus mağazada, Biləsuvar rayonunda Nizami küçəsində Fəxri İsmailzadəyə və Mətləb Muradova məxsus mağazalarda, Gəncə şəhərində Təbriz küçəsində Zahid Həsənova məxsus mağazada ümumi çəkisi 255 kq saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub və satışdan çıxarılaraq məhv edilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR