Bank Of Baku

SKMF Binəqədi sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Binəqədi sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb
# 19 iyul 2011 07:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Bakı şəhərinin Binəqədi rayonunda müxtəlif sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, investisiya layihələrinin istiqamətləri sırasına intensiv üzümçülük təsərrüfatlarının yaradılması, faraş tərəvəz məhsullarının (eləcə də müxtəlif çiçəklərin) yetişdirilməsi üçün müasir istixana komplekslərinin yaradılması, müasir çörək istehsalı müəssisəsinin yaradılması, müasir tələblərə cavab verən ətlik və yumurtalıq istiqamətli quşçuluq təsərrüfatlarının yaradılması və kiçik həcmli müasir ət kəsimi və emalı müəssisəsinin yaradılması daxildir.

Qeyd edək ki, Binəqədi rayonunda «Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda keçirilən tədbirdə rayonda mövcud iqtisadi potensialın reallaşdırılması və sakinlərinin məşğulluğunun təmin olunması məqsədilə SKMF tərəfindən sahibkarlardan investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-a müraciət edə bilər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR