Bank Of Baku

Gürcüstanın baş naziri iş adamları ilə görüşüb - FOTO

Gürcüstanın baş naziri iş adamları ilə görüşüb - <font color=red>FOTO</font>
# 19 iyul 2011 09:12 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA-Economics. Gürcüstanın baş naziri Nika Gilauri yerli iş adamları ilə görüş keçirib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstan Milli Bankının rəhbəri və maliyyə naziri də iştirak edib.

Baş nazir çıxışında parlamentin bu günlərdə təsdiq etdiyi “Azad iqtisadiyyat Aktı” barədə fikirlərini açıqlayıb. O, qeyd edib ki, sənəd Gürcüstan iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir: “Artıq ölkəyə yatırılan investisiyaların həcmi 2,5% artıb. Avtomobillərin qeydiyyatı, özəlləşdirilməsi, ixracatın səviyyəsinin yüksəlməsi göstərir ki, iqtisadiyyatımız inkişaf edir”.

Gürcüstanın İqtisadiyyat Ombudsmanı Georgi Pertaya APA-ya açıqlamasında son illər Gürcüstanla Azərbaycan arasında biznesin xeyli inkişaf etdiyini bildirib: “Mənim Azərbaycan şirkətləri ilə əlaqəm çoxdur. Onlar son illər gürcü iş adamları ilə çox yaxşı işləyirlər. Azərbaycan şirkətləri görürlər ki, Gürcüstanda yaxşı pul qazanmaq olar. Mən “AZPROMO” ilə yaxından əməkdaşlıq edirəm. ARDNŞ Gürcüstan nümayəndəliyi Gürcüstanda böyük inkişaf keçib. Bu şirkət bizim ölkədə ən yüksək vergiödəyicisi olub təkcə neft məhsulları deyil, eyni zamanda intellekt və menecerlik ixracına investisiya yatırır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR