Bank Of Baku

«Azərbaycan Dəmir Yolları» Xırdalanda baş verən qatar qəzası ilə bağlı açıqlama yayıb

«Azərbaycan Dəmir Yolları» Xırdalanda baş verən qatar qəzası ilə bağlı açıqlama yayıb
# 20 iyul 2011 09:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gecə «Azərbaycan Dəmir Yolları» QSC-nin Xırdalan stansiyasının ərazisində yük qatarı yoldan çıxıb.

«Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, qatar Xırdalan stansiyasında manevr edən zaman - vaqonlar boşalıb geri çəkiləndə baş verib: «Bu zaman ikinci yolda vaqonlar yoldan çıxıb. Hadisə baş verən zaman beynəlxalq qatarların gediş-gəlişində problemlər olmayıb».

N.Əzməmmədov artıq vaqonların ərazidən qaldırıldığını və həmin əraziyə elektrik verilişinin bərpa edildiyini bildirib: «Hazırda «Azərbaycan Dəmir Yolları» QSC-nin mütəxəssisləri tərəfindən qəzanın səbəbləri araşdırılır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR