Bank Of Baku

Sərinləşdirici içkilərin istehsalı ilə məşğul olan sahibkara maliyyə sanksiyası tətbiq olunub

Sərinləşdirici içkilərin istehsalı ilə məşğul olan sahibkara maliyyə sanksiyası tətbiq olunub
# 22 iyul 2011 13:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bakıda sərinləşdirici içkilərin istehsalı ilə məşğul olan sahibkara maliyyə sanksiyası tətbiq olunub.

APA-Economics”in xəbərinə görə, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi, ev 2 ünvanında Emin Hacıyevə məxsus sexdə aparılan yoxlama zamanı “Tərxun” və “Duşes” sərinləşdirici içkilərinin müvafiq reseptura və uyğunluq sertifikatı olmadan istehsal edilməsi, həmin məhsulların yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunması, habelə sərinləşdirci içkilərin istehsalında mənşəyi məlum olmayan qatqılardan istifadə olunması faktları aşkar edilib. Bu səbəbdən sahibkar barəsində Xidmət tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılıb və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə sahibkar Emin Hacıyevə 1,1 min manat maliyyə sanksiyası tətbiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR