Bank Of Baku

Bakıda Azərbaycan-Hindistan biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-Hindistan biznes forumu keçiriləcək
# 25 iyul 2011 12:28 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Hindistanın ölkəmizdəki səfirliyi ilə apardığı danışıqlar nəticəsində “Hindistanla biznes əlaqələrinin inkişafı” mövzusunda Biznes, Ticarət və İnvestisiya Forumu keçirilməsi məqsədəuyğun hesab edilib.

ASK-dan «APA-Economics»ə verilən məlumata görə, forumda Azərbaycanın biznes və investisiya şirkətləri nümayəndələrinin, eyni zamanda medianın iştirakı nəzərdə tutulur.

Tədbirin əsas məqsədi Azərbaycan iş adamlarının Hindistan iş adamları ilə biznes, ticarət və investisiya sahələrində fəaliyyət imkanlarını müzakirə etmək, iş adamlarını bir araya gətirməkdir. İyulun 27-də keçiriləcək forum eyni zamanda iki dövlət arasında biznes, ticarət və iqtisadi əlaqələrin genişləndirilməsinə imkan yaratmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR