Bank Of Baku

Saxlama müddəti ötmüş 170 kq ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş 170 kq ərzaq malları satışdan çıxarılaraq məhv edilib
# 25 iyul 2011 14:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Xətai rayonunda Gəncə prospekti, ev 105 ünvanında Rabil Əliyevə məxsus mağazada, Neapol küçəsi, ev 8 ünvanında yerləşən «Uğur market»də, Mehmandarov küçəsi, ev 80 ünvanında yerləşən «Telman market»də, Ağa Neymətulla küçəsi, ev 75 ünvanında Azər Şükürova məxsus marketdə, S.Orucov küçəsi, ev 13 ünvanındakı «İnci market»də, Nərimanov rayonunda Azadlıq prospekti, ev 151A ünvanında yerləşən «Cavidan market»də, Ağa Neymətulla küçəsi, ev 85 ünvanında Elmir Məmmədova məxsus mağazada, Füzuli rayonunda Qayıdış qəsəbəsi, 9, ev 105 ünvanında Əziz Bayramova məxsus mağazada ümumi çəkisi 170 kq-a yaxın saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR