Bank Of Baku

Şahin Mustafayev: “Türkiyə ilə sərbəst ticarət sazişinə çox ehtiyatla yanaşırıq”

Şahin Mustafayev: “Türkiyə ilə sərbəst ticarət sazişinə çox ehtiyatla yanaşırıq”
# 26 iyul 2011 09:00 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Türkiyənin “Today’s Zaman” qəzetinə verdiyi müsahibədə Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev deyib. Nazirin sözlərinə görə, Azərbaycan bu layihəyə çox müsbət yanaşır: “Biz təbii qazın təchizatı məsələnini götür-qoy etməli və “Nabucco”nu qazla təmin edəcək bir çox təchizatçı müəyyən etməliyik”.
Qəzetin yazdığına görə, sabah Bakıya səfəri başlayacaq baş nazir Rəcəb Tayyip Ərdoğanın gündəliyində Azərbaycanla qaz alqı-satqısı və tranzit məsələləri əsas mövzulardan birini təşkil edəcək.

Azərbaycanla Türkiyə arasında sərbəst əmtəə dövriyyəsi məsələsinə toxunan Mustafayev sərbəst ticarət razılaşmasının hələlik gündəlikdə olmadığını deyib. Nazir bildirib ki, Azərbaycan tərəfi üçün prioritet yerli istehsalı dəstəkləməkdir. O bildirib ki, Bakı Türkiyə ilə sərbəst ticarət sazişinə çox ehtiyatla yanaşacaq: “Zənnimcə, buna bir qədər vaxt lazım olacaq. İlk növbədə bizim milli sahibkarlıq ayaq üstündə durmalıdır”.

Şahin Mustafayev deyib ki, Türkiyə iqtisadiyyatını diversifikasiya etmək istəyən Azərbaycana bu işdə yardım edə bilər. Hazırda 1300-ə yaxın türk şirkəti Azərbaycanda, 1000-ə yaxın Azərbaycan şirkəti isə Türkiyədə fəaliyyət göstərir. “Todays Zaman” Azərbaycanda çoxlu iri infrastruktur layihələr həyata keçirildiyini, yaxın zamanlarda Qəbələdə beynəlxalq hava limanı inşa ediləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR