Bank Of Baku

Sahibkarlığa Kömək Milli Fondu Xocalıdan olan məcburi köçkün sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Sahibkarlığa Kömək Milli Fondu Xocalıdan olan məcburi köçkün sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb
# 27 iyul 2011 08:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Xocalı rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Goranboy rayonunun Ağcakənd qəsəbəsində prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

SKMF-dan «APA-Economics»ə verilən məlumata görə, Fond tərəfindən Ağcakənd qəsəbəsi üzrə sahibkarlıq subyektlərindən müasir tələblərə cavab verən kiçik həcmli çörək istehsalı sexinin və kiçik həcmli meyvə və tərəvəz emalı (konservləşdirilməsi) sexinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-a müraciət edə bilər.

Əlaqə telefonu: (+994 12) 434-74-29
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR