Bank Of Baku

Bakıda Azərbaycan-Hindistan biznes forumu keçirilir

Bakıda Azərbaycan-Hindistan biznes forumu keçirilir
# 27 iyul 2011 08:41 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu gün Bakıda Azərbaycan-Hindistan biznes forumu işə başlayıb.

APA-Economics”in xəbərinə görə, Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Hindistanın ölkəmizdəki səfirliyi ilə apardığı danışıqlar nəticəsində “Hindistanla biznes əlaqələrinin inkişafı” mövzusunda Biznes, Ticarət və İnvestisiya Forumu keçirilməsi məqsədəuyğun hesab edilib.

Forumda Azərbaycanın biznes və investisiya şirkətlərinin nümayəndələri edir. Tədbirin əsas məqsədi Azərbaycan iş adamlarının Hindistan iş adamları ilə biznes, ticarət və investisiya sahələrində fəaliyyət imkanlarını müzakirə etmək, iş adamlarını bir araya gətirməkdir.

İki dövlət arasında biznes, ticarət və iqtisadi əlaqələrin genişləndirilməsinə təkan verəcək tədbirə Hindistanın Azərbaycandakı səfiri Debnat Şau, ASK prezidenti Məmməd Musayev, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı şöbəsinin müdir müavini Hüseyn Paşayev də qatılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR