Bank Of Baku

Azərbaycanda tikinti-inşaat materiallarını, idxal olunan ərzaq məhsullarını və mebeli sertifikatlaşdıracaq orqanların adı açıqlanıb

Azərbaycanda tikinti-inşaat materiallarını, idxal olunan ərzaq məhsullarını və mebeli sertifikatlaşdıracaq orqanların adı açıqlanıb
# 27 iyul 2011 10:03 (UTC +04:00)
Keyfiyyəti idarəetmə sistemləri üzrə iki orqanın fəaliyyəti razılaşdırılıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, «Azsertservis» MMC tikinti və inşaat materiallarının sertifikatlaşdırılması üzrə orqan kimi Milli Akkreditasiya Sistemində akkreditasiya olunub. Orqanın əsas məqsədi istehsal və idxal edilən tikinti və inşaat materiallarının sınaqlarını aparmaq və normativ sənədlərin tələblərinə uyğun olan malları sertifikatlaşdırmaqdır.

Bundan başqa, «İnterstandartservis» MMC mebel üzrə sertifikatlaşdırma orqanı kimi Milli Akkreditasiya Sistemində akkreditasiya olunub. Müəssisənin əsas məqsədi istehsal və idxal edilən mebel məhsullarının və mebel məhsulları üçün yarımfabrikat məmulatlarının sınaqlarını aparmaq və normativ sənədlərin tələblərinə uyğun olan məhsulları sertifikatlaşdırmaqdır.

«Sertifikat Servis» MMC isə idxal olunan ərzaq məhsullarının sertifikatlaşdırma orqanı kimi Milli Akkreditasiya Sistemində akkreditasiya olunub. Təşkilatın əsas məqsədi idxal olunan ərzaq məhsullarının sınaqlarını aparmaq və normativ sənədlərin tələblərinə uyğun olan məhsulları sertifikatlaşdırmaqdır.

Hər üç orqan öz fəaliyyətində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin normativ sənədlərini rəhbər tutur və onlar tərəfindən verilən uyğunluq sertifikatlarının dövlət reyestrində qeydiyyatını Dövlət Komitəsi aparır.

Komitənin qərarı ilə daha 2 sertifikatlaşdırma orqanının Azərbaycan ərazisindəki fəaliyyəti razılaşdırılıb. Bunlar «Russkiy Reqistr-Azərbaycan» MMC-nin idarəetmə sistemlərinin sertifikatlaşdırma orqanı və Türk Standartları İnstitutunun Azərbaycandakı nümayəndəliyidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR