Bank Of Baku

“Azpromo” xarici investisiyaların cəlbi üçün sahibkarlıq subyektlərindən layihələrin qəbulunu davam etdirir

“Azpromo” xarici investisiyaların cəlbi üçün sahibkarlıq subyektlərindən layihələrin qəbulunu davam etdirir
# 27 iyul 2011 13:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) xarici investorlara və tərəfdaşlara təqdim edilməsi məqsədilə xarici investisiyaların cəlbi üçün nəzərdə tutulmuş layihələrin sahibkarlıq subyektlərindən qəbulunu davam etdirir.
“Azpromo”dan «APA-Economics»ə verilən məlumata görə, sahibkarların investisiya layihələri qeyri-neft sektorunun sahələrini əhatə etməli, maliyyə baxımından əsaslandırılmış və iqtisadi cəhətdən səmərəli olmalı, beynəlxalq standartlara cavab verən müəssisələrin yaradılmasını və ya müəssisələrin müasir texnologiyaların tətbiqi ilə yenidən qurulmasını, əsasən ixracyönümlü və idxaləvəzləyici, yüksək keyfiyyətli, rəqabətə davamlı məhsulların istehsalını nəzərdə tutmalıdır.

“Azpromo” investisiya təkliflərini birbaşa olaraq xarici investorlara və tərəfdaşlara təqdim edir.

İnvestisiya təklifləri layihənin adı və həyata keçiriləcəyi yer, məqsədi və təsviri, dəyəri və təklif olunan maliyyələşdirmə sxemi və ya pay bölgüsü, layihənin həyata keçirilmə və özünü ödəmə müddəti, layihəni həyata keçirən şirkət/benefisiar barədə məlumat (şirkətin adı, ünvanı, əlaqələndirici şəxsin adı, vəzifəsi və əlaqə vasitələri (mobil telefon və elektron poçt) məlumatları özündə əks etdirməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR