Bank Of Baku

1 351 kq keyfiyyətsiz dondurma satışdan çıxarılaraq məhv edilib

1 351 kq keyfiyyətsiz dondurma satışdan çıxarılaraq məhv edilib
# 01 avqust 2011 13:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan paytaxtında 1 351 kq keyfiyyətsiz dondurmanın məhv edilməsinə dair göstəriş verilib.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv, ev 409 ünvanında dondurma istehsalı ilə məşğul olan fiziki şəxs İlham Məmmədova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı anbarda olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.

Laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən «Alyeda» adlı dondurmalarda yağın kütlə payının və turşuluğun normadan az, mezofil-aerob və fakültativ-anaerob mikroorqanizmlərin sayının normadan çox, tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar (koliformlar) və s. aureus bakteriyalarının (stafilokok) olduğu aşkar edilib.

Laborator müayinələrin nəticələrinə əsasən, insan orqanizmi üçün təhlükəli 1 351 kq dondurmanın qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən İ.Məmmədova icrası məcburi göstəriş verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR