Bank Of Baku

1 592 kq keyfiyyətsiz dondurma məhv edilib

1 592 kq keyfiyyətsiz dondurma məhv edilib
# 02 avqust 2011 13:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda daha 1 592 kq keyfiyyətsiz dondurma məhv edilib.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, insan orqanizmi üçün təhlükəli olan dondurmaların məhv edilməsi barədə Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən «S.A.B.A. şirkəti» MMC-yə icrası məcburi göstəriş verilib.

Qeyd olunan göstərişin icrası ilə əlaqədar “S.A.B.A. şirkəti” MMC-nin istehsal etdiyi 1 592 kq keyfiyyətsiz dondurma Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR