Bank Of Baku

Bakıda daha bir qanunsuz dondurma istehsalçısı aşkarlanıb

Bakıda daha bir qanunsuz dondurma istehsalçısı aşkarlanıb
# 03 avqust 2011 16:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən ölkənin dondurma bazarında aparılan monitorinqlər davam etdirilir.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 8 Mart küçəsi, ev 14 ünvanında Əlibala Əlizadəyə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı dondurmaların müvafiq reseptura olmadan istehsal edildiyi və məhsulların üzərində normativ-texniki sənədin nömrəsinin düzgün göstərilmədiyi aşkar olunub. Bundan başqa, istehsalat sahəsində dondurmaların müvafiq keyfiyyətdə sabit istehsalı üçün uyğun şəraitin, habelə istehsal edilən məhsulların keyfiyyət və təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi üçün müvafiq laboratoriyanın olmadığı və dondurmaların laborator müayinədən keçirilmədən satışa çıxarıldığı müəyyən edilib. Müəssisədə istehsal edilən hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.

Qanun pozuntuları ilə əlaqədar dondurma istehsalının, habelə yoxlama zamanı aşkar edilmiş 210 kq dondurmanın satışının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması barədə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Ə.Əlizadəyə icrası məcburi göstəriş verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR