Bank Of Baku

Lənkəranda sahibkarları üçün təlimlər keçirilib

Lənkəranda sahibkarları üçün təlimlər keçirilib
# 05 avqust 2011 15:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Lənkəranda «Marketinq» və «Menecment» mövzusunda təlimlər keçirilib.

Nazirlikdən «APA-Economics»in məlumatına görə, tədbirdə müxtəlif sahələrdə fəaliyyət göstərən 20-yə yaxın sahibkar və sahibkarlıq fəaliyyətinə yeni başlayan gənclər iştirak ediblər.

Tədbirdə marketinq anlayışı, bazara marketinq nöqteyi-nəzərindən yanaşma, alıcı tələbatının və təkliflərinin öyrənilməsi, marketinqin istiqamətləri, istehsal olunacaq məhsulların keyfiyyəti və çeşidi, satışın təşkili, marketinqdə reklam, menecmentin funksiyaları və s. barədə ətraflı məlumatlar verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR