Bank Of Baku

Gəncə-Qazax iqtisadi rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı tədbir keçirilib

Gəncə-Qazax iqtisadi rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı tədbir keçirilib
# 08 avqust 2011 07:42 (UTC +04:00)
Gəncə - APA-Economics. İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Gəncə şəhərində «Gəncə-Qazax iqtisadi rayonunun sosial-iqtisadi inkişafı: istehsalın modernləşdirilməsi ilə rəqabətqabiliyyətli məhsul istehsalının artırılması» mövzusunda tədbir keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata g.rə, tədbirdə İqtisadi İnkişaf Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyəti, Sahibkarlar Konfederasiyası, Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri, həmçinin bu iqtisadi rayonda fəaliyyət göstərən 70-dək sahibkar iştirak edib.

Toplantını giriş sözü ilə açan Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Rafiq Şəfiyev son illər regionların sürətlə inkişaf etdiyini, məşğulluq səviyyəsinin artdığını bildirib və qeyd edib ki, regionların mənzərəsinin dəyişməsində, istehsal prosesinin modernləşməsində regional dövlət proqramları da əhəmiyyətli paya malikdir.

Tədbirdə çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan iqtisadiyyatında dinamik inkişafı təmin edən amillər, davamlı sosial-iqtisadi inkişaf mərhələsində qarşıda duran vəzifələr, eləcə də ayrı-ayrı iqtisadi sahələrdə modernləşmənin müasir vəziyyəti və gələcək perspektivlər barədə məlumat verib. Ölkədə həyata keçirilən dövlət proqramlarının, o cümlədən regional inkişaf və ərzaq təhlükəsizliyi sahəsində qəbul edilmiş sənədlərin xüsusi əhəmiyyətini vurğulayan nazir müavini bu proqramların uğurlu icrası nəticəsində qeyri-neft sektorunun surətlə inkişaf etdiyini, yeni iş yerlərinin və müasir müəssisələrin yaradıldığını, iqtisadiyyata investisiya qoyuluşunun artdığını, rəqabətqabiliyyətli məhsul istehsalının genişləndirildiyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR