Bank Of Baku

Azərbaycanda pərakəndə əmtəə dövriyyəsinin həcmi 10% artıb

Azərbaycanda pərakəndə əmtəə dövriyyəsinin həcmi 10% artıb
# 09 avqust 2011 14:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycan üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 2010-cu ilin müvafiq dövrünün göstəricisini 10% üstələyərək 8,9 mlrd. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, istehlak mallarının 14,7%-i hüquqi, 85,3%-i fiziki şəxslər tərəfindən realizə olunub. «Əhalinin ticarət şəbəkələrində xərclədikləri vəsaitin 5,5 mlrd. manatı ərzaq məhsullarının, 3,4 mlrd. manatı isə qeyri-ərzaq mallarının alınmasına sərf olunub. Yeddi ay ərzində xidmət şəbəkələri vasitəsilə əhaliyə 2,7 mlrd. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,1% çox pullu xidmətlər göstərilib. Xidmətlərin 77,8%-i hüquqi, 22,2%-i fiziki şəxslərin payına düşmüş və onların tərəfindən əhaliyə müvafiq olaraq 6,8% və 12,9% çox pullu xidmət göstərilib», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR