Bank Of Baku

İqtisadi İnkişaf Nazirliyi: Azərbaycanda duru yağların qiymətinin artması dünya bazarında xammalın bahalaşması ilə bağlıdır

İqtisadi İnkişaf Nazirliyi: Azərbaycanda duru yağların qiymətinin artması dünya bazarında xammalın bahalaşması ilə bağlıdır
# 10 avqust 2011 12:53 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə İqtisadi İnkişaf Nazirliyindən bildirilib.

Nazirlikdən verilən məlumata görə, son zamanlar ölkədə istehsal edilən duru yağların qiymətində artım müşahidə edilir. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər zamanı duru yağların qiymətindəki bu dəyişikliyin süni qiymət artımı deyil, dünya bazarında xammalın qiymətinin artması ilə bağlı olduğu müəyyən edilib.

Belə ki, Azərbaycanda günəbaxan və qarğıdalı yağları idxal edilən xammaldan istehsal olunur. Son 3 ay ərzində dünya bazarında bu xammalın qiymətində 25%-dək artım baş verib. Bu isə öz növbəsində ölkədə istehsal edilən günəbaxan və qarğıdalı yağlarının maya dəyərinin artmasına, nəticədə həm topdan, həm də pərakəndə satış qiymətinin müəyyən qədər bahalaşmasına səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR