Bank Of Baku

Bu il Azərbaycanda 10 sahibkarlıq subyektində əyar nəzarəti aparılıb

Bu il Azərbaycanda 10 sahibkarlıq subyektində əyar nəzarəti aparılıb
# 12 avqust 2011 11:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən 10 sahibkarlıq subyektində əyar nəzarəti aparılıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, həyata keçirilən əyar nəzarəti zamanı ümumilikdə 8 013 ədəd qızıldan və 2 937 ədəd gümüşdən hazırlanmış zərgərlik məmulatlarının dövlət əyar damğası ilə damğalanmadığı aşkar edilib. Həkk olunmuş mənşəyi məlum olmayan ad və əyar damğalarının izləri məmulatlar üzərində təmizlənib və bütün məmulatlar əyarlarına uyğun dövlət əyar damğası ilə damğalanıb.

«Bunun nəticəsində sahibkarlıq subyektləri tərəfindən ümumilikdə 91 878 manat dövlət rüsumu ödənilib. Eyni zamanda, sahibkarlıq subyektlərinə 8 min manat məbləğində inzibati cərimə tətbiq edilib», - deyə Maliyyə Nazirliyindən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR