Azərbaycan Dövlət Neft Şirkətinin rəhbərliyinin gənclərlə görüşü keçirilib
«APA-Economics»in məlumatına görə, görüşdə ARDNŞ prezidenti Rövnəq Abdullayev, təhsil naziri Misir Mərdanov, Şirkətin idarə və müəssisələrinin rəhbərləri iştirak edib. Tədbirdə çıxış edən R. Abdullayev çevik, müasir və rəqabətə davamlı bir quruma çevrilmək kursu götürən ARDNŞ-ın xarici ölkələrdə həyata keçirdiyi investisiya proqramlarından danışıb, həmin layihələrin uğur qazanması üçün müasir biliklərə yiyələnmiş gənc kadrlara böyük ehtiyac olduğunu, kadr hazırlığı sahəsində Şirkətin həyata keçirdiyi proqramlar haqqında iştirakçılara məlumat verib. ARDNŞ prezidenti gənclərin müasir elmi və təcrübi biliklərə həvəsləndirilməsi məqsədi daşıyan Təqaüd Proqramlarının əhəmiyyətini xüsusi vurğulayıb və bildirib ki, 2010-2011-ci tədris ilinin nəticələri üzrə keçirilən 11-ci Təqaüd müsabiqəsinə ilk dəfə olaraq rekord sayda 1 928 tələbə müraciət edib, müsabiqəni uğurla keçmiş 200 tələbə ARDNŞ-ın təqaüdünə layiq görülüb. Müsabiqədə təkcə Bakının yox, həm də digər şəhərlərin ali məktəb tələbələri iştirak edir.
R. Abdullayev onu da qeyd edib ki, təhsilini ARDNŞ təqaüdü ilə başa vurmuş, məzunlara Dövlət Neft Şirkətində ixtisaslarına uyğun iş təklif olunur: «Son 2 ildə bu yolla 88 məzun işə qəbul olunub. Eyni zamanda ARDNŞ savadlı gənc neftçi mütəxəssislərin hazırlanması, kadr potensialının dünya təcrübəsinə yiyələnməsi məqsədi ilə gənclərin xaricdə təhsili üzrə Təqaüd Proqramını həyata keçirir. İndiyədək bu Proqrama 122 gənc cəlb olunub. Proqramın 39 iştirakçısı artıq təhsilini müvəffəqiyyətlə başa vuraraq vətənə qayıdıb və hazırda ARDNŞ-ın müxtəlif strukturlarında çalışırlar. Bu il Proqrama daha 55 nəfər qəbul olunub və seçim davam edir. ARDNŞ xarici ölkələrin nüfuzlu ali məktəblərində dövlət təqaüdü ilə, öz hesablarına və ya başqa təşkilatların təqaüdləri hesabına təhsil alaraq, yaxşı qiymətlərlə bitirmiş gəncləri öz strukturlarında müvafiq işlərə cəlb edilməsində də maraqlıdır».
Şirkət prezidenti 2010-cu ildən etibarən ARDNŞ-də ödənişli yay təcrübəsi proqramının təşkil olunduğunu da vurğulayıb. Belə ki, 2011-ci ildə keçirilən layihədə ölkə daxilində və xaricdə ali məktəblərin bakalavriat və magistratura pillələrində ARDNŞ-da tələb olunan ixtisaslar üzrə təhsil alan, «yaxşı» və «əla» qiymətlərlə oxuyan 226 nəfər seçilib. Həmin tələbələr 1 və ya 2 aylıq ödənişli təcrübə keçmək üçün ARDNŞ-ın müvafiq müəssisələrində müvəqqəti işlə təmin olunub.
Tədbirdə çıxış edən M. Mərdanov gənclərə yaradılan şəraitdən maksimum yararlanmağı tövsiyyə edib. Qeyd edək ki, hazırda ARDNŞ-ın gənc kadrları sırasında ABŞ, Fransa, Böyük Britaniya, Türkiyə, Almaniya, Norveç, Rusiya və s. ölkələrin nüfuzlu ali məktəblərinin məzunları var.
Sahibkarlıq
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Təbii inhisarlarla bağlı şikayətlər üzrə istehlakçılara qaytarılan vəsaitin həcmi açıqlanıb
Xəbər Lenti
“Brent” markalı netin qiyməti 105 dollardan aşağı enib
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
İsrail və Livan arasında danışıqların növbəti raundu oktyabra təxirə salınıb
KXDR Yapon dənizinə ballistik raketlər buraxıb
Rusiyanın Amur vilayətində ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub