Bank Of Baku

ABŞ şirkətləri Azərbaycanın vergi qanunvericiliyinə dəyişikliklərin edilməsini istəyir

ABŞ şirkətləri Azərbaycanın vergi qanunvericiliyinə dəyişikliklərin edilməsini istəyir
# 15 avqust 2011 07:19 (UTC +04:00)
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) nümayəndələri ilə görüşdə iştirak edən vergilər nazirinin birinci müavini Natiq Əmirov son dövrlərdə vergi sistemində aparılan islahatlar haqqında məlumat verərək Azərbaycanda fəaliyyət göstərən bir çox aparıcı xarici və yerli şirkətləri təmsil edən Amerika Ticarət Palatası ilə mütəmadi görüşlərin əhəmiyyətini bildirib.

Palatanın prezidenti Daniel R.Mateus qurumun hazırladığı Ağ Sənəd kimi tanınan «Azərbaycanda işgüzar mühitin təkmilləşdirilməsinə dair müşahidələr və tövsiyələr» adlı hər il dərc olunan sənədin növbəti sayını Vergilər Nazirliyin rəhbərliyinə təqdim edib.

Görüşdə qeyd olunub ki, Ağ Sənəddə Amerikanın Azərbaycandakı Ticarət Palatasının üzvü olan 230-dan çox şirkətin vergiqoyma, sığorta, maliyyə, bank işi və iqtisadiyyatın digər sahələri ilə bağlı rəy və təklifləri daxildir.

Sənəddə əksini tapmış, Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrini inkişaf etdirmək üçün atılan addımlar, o cümlədən vergiqoyma ilə bağlı bəzi məsələlər geniş müzakirə olunub. Azərbaycanda fiziki şəxslərin gəlir vergisi və onun yuxarı həddinə yenidən baxılması, sosial sığorta ödənişləri, ƏDV-nin əvəzlənməsi, bankların vergiqoyma prosesi ilə bağlı göstərdiyi fəaliyyət, vergi ödəyicilərinin bank hesablarına sərəncamların qoyulması, xarici banklara ödənişlər üzrə gəlir vergisi, emissiya gəliri üzrə vergiqoyma, sığorta-maliyyə xidmətlərinin mahiyyəti və s. barədə hesabatda əks olunan əsas istiqamətlərlə bağlı fikir mübadiləsi aparılıb.

Natiq Əmirov görüş zamanı qaldırılan hər bir məsələnin Nazirliyin müvafiq qurumları tərəfindən diqqətlə araşdırılacağını və müvafiq tədbirlər görüləcəyini bildirib. Görüşdə ABŞ-ın Azərbaycandakı səfirliyinin və Amerika Ticarət Palatasının nümayəndələri, eləcə də Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR