Bank Of Baku

Azərbaycanda daha 210 kq yararsız ərzaq malları aşkarlanıb

Azərbaycanda daha 210 kq yararsız ərzaq malları aşkarlanıb
# 15 avqust 2011 15:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Nəsimi rayonunda S.Əskərova küçəsi, ev 203, mənzil 5 ünvanında Abuş Göyüşova məxsus mağazada, R.Behbudov küçəsi, ev 14 ünvanında Qoşqar Qarayevə məxsus mağazada, A.Mustafayev küçəsində «Körpü market»də, «Üç qonaq» kafesində və Lətif Mehdizadəyə məxsus mağazada, 4-cü mikrorayon, 7-ci Binəqədi küçəsində Veyis Seydəliyevə məxsus mağazada, Nizami rayonunda Q.Qarayev prospekti, ev 107, mənzil 1 ünvanında Eldəniz Məmmədova məxsus mağazada, B.Nuriyev küçəsindəki «Məhəllə market»də, «Elgün market»də, Tapdıq Əzimova və Yasər Mirzəyevə məxsus mağazalarda, Daşkəsən rayonunda T.İsmayılov küçəsi, ev 3 ünvanında Kazım Məmmədova məxsus mağazada, Şirvan şəhərində İbrahimov küçəsində Azad Qarayevə məxsus mağazada, Masallı rayonunda M.C.Talışxanov küçəsində Seyran Nurullayevə məxsus mağazada, ümumi çəkisi 210 kq-dan artıq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR