Bank Of Baku

CEIBC-nin mükafatları üzrə internet səsvermənin nəticələri ləğv edilib

CEIBC-nin mükafatları üzrə internet səsvermənin nəticələri ləğv edilib
# 16 avqust 2011 08:40 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Beynəlxalq «Caspian Energy Integration Award» və «CEO Award» mükafatları, eləcə də milli «Brand Award Azerbaijan» mükafatı üzrə internet səsvermənin nəticələri ləğv edilib. Bu barədə «APA-Economics»ə mükafatların təsisçisi olan Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubundan (CEIBC) məlumat verilib.

Məlumata görə, nəticələrin ləğv edilməsinin səbəbi bəzi şirkətlərin bu mükafatlara aid məlumatlar bazasına daxil olmaq cəhdləri ilə bağlıdır. Adı çəkilən mükafatlar üzrə yeni səsvermə avqustun 29-da başlayacaq. CEIBC xatırladır ki, hər üç mükafatda iştirak üçün müraciət pulsuzdur.

Xatırladaq ki, «Caspian Energy Integration Award» mükafatı 2002-ci ildə təsis edilib. Bu mükafat öz ölkəsində istehsal və sosial sahələrdə aktiv fəaliyyət göstərən eləcə də fəaliyyətini dünya bazarlarına genişləndirən şirkətlərə verilir.

«Brand Award Azerbaijan» mükafatı 2008-ci ildə təsis olunub və il ərzində ən çox maraq doğuran və istehlakçıların etimadını qazanan brendlərə verilir.

«CEO Award» mükafatı isə Xəzər, Qara dəniz və Baltikyanı regionlarda sahibkarlığın inkişafına böyük töhfə verən şirkət və təşkilatların rəhbərlərinə verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR