Bank Of Baku

Göyçay rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb

Göyçay rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb
# 16 avqust 2011 13:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Göyçay rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

SKMF-dan «APA-Economics»ə verilən məlumata görə, Göyçay rayonu üzrə müasir ətlik istiqamətli quşçuluq təsərrüfatının yaradılması və ya müasir texnologiyanın tətbiqi ilə yenidən qurulması, ətlik və ya südlük istiqamətli müasir heyvandarlıq kompleksinin və müasir suvarma sisteminin tətbiqi ilə intensiv bağçılıq (nar, üzüm, xirnik və s.) təsərrüfatlarının yaradılması sahələrin inkişafı məqsədəuyğun hesab olunub.

Bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilər. Əlaqə telefonu: (+994 12) 434-74-29.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR