Bank Of Baku

Azərbaycan əhalisi istehlak mallarına xərcləri 10% artırıb

Azərbaycan əhalisi istehlak mallarına xərcləri 10% artırıb
# 17 avqust 2011 06:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanın ticarət və xidmət şəbəkələri tərəfindən əhaliyə 11,6 mlrd. manatlıq və ya 2010-cu ilin eyni dövrü ilə müqayisədə 9,5% çox istehlak malları satılıb və pullu xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə əhalinin alıcılıq qabiliyyəti yüksəlib, hər bir ölkə sakini orta hesabla ayda 183,3 manatlıq müxtəlif istehlak malları alıb və pullu xidmətlərdən istifadə edib.

«İstehlak bazarı üzrə real artımın 74,6%-i pərakəndə ticarət, 4,3%-i iaşə fəaliyyətinin, 21,1%-i əhaliyə göstərilən pullu xidmətlərin hesabına təmin edilib», - deyə Komitədən bildirilib.

Cari ilin yeddi ayında özəl müəssisələrdə əhaliyə satılmış istehlak malları və göstərilmiş xidmətlərin həcmi 10,1% artaraq 10,8 mlrd. manata bərabər olub. Ticarət və xidmət fəaliyyəti üzrə ümumi artımın 98,4%-i özəl sektorun müəssisələrində yaranıb.
Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə əhaliyə 3,4 mlrd. manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətən 7,7% çox istehlak malları satılıb və pullu xidmətlər göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR