Bank Of Baku

SKMF müvəkkil kredit təşkilatlarının sayını artıracaq

SKMF müvəkkil kredit təşkilatlarının sayını artıracaq
# 17 avqust 2011 13:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) müvəkkil kredit təşkilatlarının sayını artırmaq niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib.

Onun sözlərinə görə, Fond daha çox bank və bank olmayan kredit təşkilatlarının müvəkkil kredit təşkilatları qismində iştirakını təmin etmək istiqamətində işləri davam etdirir: «Müvəkkil kredit təşkilatlarının sayı nə qədər çox olarsa, bir o qədər çox sahibkarlara kreditlərin verilməsi rəqabət mühitində keçər».

Ş.Abdullayev qeyd edib ki, SKMF mütəmadi olaraq banklar, kredit ittifaqları və bank olmayan kredit təşkilatlarının fəaliyyətini izləyir: «Bankların seçilməsində əsas məsələ risklərin qiymətləndirilməsidir. Belə ki, kreditlərin qaytarılmasında banklar əsas rol oynayır. Çalışacağıq ki, kredit ittifaqları ilə yanaşı qeyri-bank kredit təşkilatlarının sayını da artıraq».

Hazırda Fonda yeni müraciətlərin olmadığını bildirən Ş.Abdullayev onu da qeyd edib ki, 2012-ci ildə SKMF bu istiqamətdə fəaliyyətini intensivləşdirəcək.

Xatırladaq ki, SKMF bank-agentlərə kreditləri illik 1%, banklar isə sahibkarlara 7%-dən çox olmamaq şərti ilə ayırır. Sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 31 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 7 kredit ittifaqı vasitəsilə həyata keçirilir. Kreditin minimal məbləği 10 000 manat, maksimal məbləği isə 5 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR