Bank Of Baku

Azərbaycanda 250 kq yararsız ərzaq məhsulları aşkarlanıb

Azərbaycanda 250 kq yararsız ərzaq məhsulları aşkarlanıb
# 18 avqust 2011 16:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Binəqədi rayonunda Ə.Naxçıvani küçəsi, ev 33A və 33B-nin kəsişməsində yerləşən «Röya market»də, M.Rəsulzadə qəsəbəsi, ev 12/44 ünvanındakı «Limon market»də, S.S.Axundov küçəsində Zaman Vəliyevə məxsus mağazada və «Okey mart» mağazasında, 7-ci mikrorayonda yerləşən «Qasım market»də və «Ruslan market»də, Füzuli rayonunda Aşağı Yağlıvənd kəndində Günel Məmmədovaya məxsus mağazada, Goranboy rayonunda M.F.Axundov küçəsində Abuzər Bayramova məxsus mağazada, Şabran rayonunda M.Ə.Rəsulzadə küçəsində İlham Şabanova məxsus mağazada, Balakən rayonunda S.Gözəlov küçəsində Tofiq Bayramova məxsus mağazada, Gəncə şəhərində H.Əliyev prospekti, 84 ünvanında Elşən Ələkbərova məxsus mağazada, İmişli rayonunda H.Aslanov küçəsində Atabəy Zahidova məxsus mağazada ümumi çəkisi 250 kq-dan çox olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR