Bank Of Baku

Azərbaycanda sahibkarlığın inkişafı məqsədilə Korporativ Etika Məcəlləsi hazırlanıb

Azərbaycanda sahibkarlığın inkişafı məqsədilə Korporativ Etika Məcəlləsi hazırlanıb
# 20 avqust 2011 11:28 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycanda sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirlərinin davamı olaraq İqtisadi İnkişaf Nazirliyi nümunəvi Korporativ Etika Məcəlləsi hazırlayıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, kommersiya təşkilatlarının korporativ idarə edilməsinin təkmilləşdirilməsinə yardımçı olmaq, təşkilatların fəaliyyətinin keyfiyyətcə yaxşılaşdırılmasına köməklik göstərmək məqsədilə yaradılmış Korporativ Etika Məcəlləsi İqtisadi İnkişaf Nazirliyinin www.economy.gov.az saytında yerləşdirilib.

Məcəllədə şirkətin uzunmüddətli və qısamüddətli məqsədi, vacib hesab etdiyi qlobal dəyərlər, tərəfdaşlarla münasibətlər, əməkdaşların şirkət daxilində davranış qaydaları və s. kimi məsələlər əksini tapıb. Sənədin hazırlanmasında dünyanın qabaqcıl ölkələrinin nüfuzlu şirkətlərinin bu sahədəki təcrübəsi öyrənilib, Korporativ Etika Məcəlləsinin tətbiqinin müəssisədə yaradacağı üstünlüklər araşdırılıb.

«Dünya təcrübəsi göstərir ki, tətbiq edilməsi tövsiyə xarakterli olan Korporativ Etika Məcəlləsi şirkətlərin yüksək etibarlılıq əldə etməsində, qeyri-etik davranışa malik olan əməkdaşlardan və tərəfdaşlardan müdafiə olunmaqda, professional fəaliyyətə, yüksək məhsuldarlığa və rəqabət üstünlüklərinə nail olmaqda, daha çox kapital qoyuluşu, kredit və xarici sərmayələrin cəlb edilməsində, həmçinin şirkətlərin beynəlxalq səviyyədə tanınmasında əhəmiyyətli rola malikdir. Bu baxımdan, ölkəmizdə fəaliyyət göstərən şirkətlərə Korporativ Etika Məcəlləsindən istifadə tövsiyə edilir», - deyə Nazirlikdən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR