Bank Of Baku

Azərbaycanda sahibkar kimi elektron qeydiyyatdan keçən fiziki şəxslərin sayı 2,6 min nəfəri ötüb

Azərbaycanda sahibkar kimi elektron qeydiyyatdan keçən fiziki şəxslərin sayı 2,6 min nəfəri ötüb
# 24 avqust 2011 12:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki şəxslərin elektron qeydiyyatının tətbiqinə başlanan vaxtdan indiyədək 2,6 min nəfərdən çox fiziki şəxs qeydiyyatdan keçib.

Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin iyulun 1-dən indiyədək ölkə ərazisində 11 054 fiziki şəxs qeydiyyatdan keçib, o cümlədən 2 686 nəfər elektron imkanlardan yararlanıb.

Bakı şəhəri üzrə qeydiyyatdan keçmiş 4 997 fiziki şəxsin 1 503-ü, ərazi vergi orqanları üzrə qeydiyyatdan keçmiş 5 850 fiziki şəxsin 1 126-sı elektron qeydiyyat xidmətindən istifadə edib.

Qeyd edək ki, Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki şəxslərin elektron qeydiyyatına bu il iyul ayının 1-dən başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR