Bank Of Baku

Bakıda keyfiyyətsiz dondurma istehsalı ilə məşğul olan daha bir müəssisəyə aşkarlanıb

Bakıda keyfiyyətsiz dondurma istehsalı ilə məşğul olan daha bir müəssisəyə aşkarlanıb
# 24 avqust 2011 15:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan paytaxtında keyfiyyətsiz dondurma istehsalı ilə məşğul olan müəssisəyə maliyyə sanksiyası tətbiq olunub.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2095-ci məhəllədə «RAH-96» firmasına məxsus sexdə aparılan yoxlama zamanı südlü və plombir dondurmaların laborator müayinədən keçirilmədən satılması, dondurmaların etiketlərində məhsulun qida və enerji dəyərinin resepturada müəyyən edilmiş həddən artıq göstərilməsi, habelə dondurma istehsalı zamanı təbii süddən istifadə edilmədiyi halda plombir dondurmalarının etiketlərində məhsulun tərkibində təbii südün olmasının göstərilməsi səbəbindən bu təsərrüfat subyekti barəsində Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılıb və «Haqsız rəqabət haqqında» qanununun tələblərini pozduğuna görə «RAH-96» firmasına 6,6 min manat maliyyə sanksiyası tətbiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR