Bank Of Baku

Göygöl rayonunda sahibkarlar üçün treninq keçirilib

Göygöl rayonunda sahibkarlar üçün treninq keçirilib
# 26 avqust 2011 15:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Göygöl rayonunda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə sahibkarlar üçün «Biznes-planların və investisiya layihələrinin hazırlanması» mövzusunda treninq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Bakı Biznes Tədris Mərkəzi, Göygöl rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Aqrar Universitetinin nümayəndələri, eləcə də 25-ə yaxın sahibkar iştirak edib.

Treninqdə biznes ideyanın yaradılması, kreditlərin alınmasında biznes-planın əhəmiyyəti, biznes-planların tərtib edilməsi, marketinq araşdırmalarının və SWOT təhlilin aparılması, məhsul istehsalının, satışının və reklamın təşkili, maliyyə planının hazırlanması və s. barədə sahibkarlara ətraflı məlumatlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR