Bank Of Baku

Daşkəsəndə «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib

Daşkəsəndə «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib
# 26 avqust 2011 15:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Daşkəsəndə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib. Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 250-ə yaxın sahibkar iştirak edib.

Tədbirdə Daşkəsən rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulan 3 istiqamət üzrə - arıçılıq təsərrüfatlarının yaradılması, o cümlədən balın sənaye üsulu ilə emalı və qablaşdırılması, kiçik həcmli meyvə emalı sexinin yaradılması, intensiv kartofçuluq və ya yüksək məhsuldar kartof toxumçuluğu təsərrüfatının təşkili üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.

İqtisadi İnkişaf Nazirliyinin sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndiyini, iqtisadiyyatda özəl bölmənin rolunun daha da artdığını vurğulayıb.

İqtisadi İnkişaf Nazirliyinin Gəncə-Qazax regional bölməsinin müdiri Arzu Hacıyev məqsədli dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi istiqamətində iqtisadi regionda görülmüş və görüləcək işlər barədə məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR